Erediviziyada mövsüm ləğv edildi
24.04.2020 , 21:09

Koronavirus pandemiyasına görə Niderlend çempionatında mövsüm ləğv olunub.
Korner.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Bu mövsüm üçün çempion elan olunmayacağı və yüksək liqanı heç bir komanda tərk etməyəcəyi bildirilib. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq. Avrokuboklara vəsiqələrin sahibi turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.
Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.
