Erediviziya iyunda bərpa olunacaq
08.04.2020 , 17:57

Koronavirus pandemiyasına görə dayandırılan Niderland Erediviziyası iyunda bərpa ediləcək.
Korner.az xəbər verir ki, Niderland Kral Futbol İttifaqı iyunun 19-da çempionatın davam etdirilməsini məqsədəuyğun hesab edib.
Erediviziya təmsilçiləri mayda məşqlərə başlayacaq.
