Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 6-cı pillədə qərarlaşıb.
