Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Duysburq” geridə qalan turlarda topladığı 34 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.
