Almaniya II Bundesliqasında 10-cu turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, millimizin futbolçusu Tuğrul Eratın çıxış etdiyi “Fortuna” Düsseldorf bu tur öz meydanında “St.Pauli”ni qəbul edib.
Oyun Düsseldorf təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Erat meydana 81-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, “Fortuna” 10 turdan sonra 19 xalla 2-ci pillədə, Nazarovun çıxış etdiyi “Karlsrue” isə 13 xalla 9-cu pillədə yer alıb.
