“Barselona”nın baş məşqçisi Luis Enrike futbolçuların Çində oynayıb pul qazanmasında pis bir şey görmədiyini bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə ESPN TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə hər insan yaxşı təklifi qəbul edər:
“Əgər futbolçular Çinə gedib pul qazana bilirsə, bu yaxşıdı. Bu hadisə bütün peşələrdə ola bilər. Jurnalistlər də yaxşı təklif alsa, keçmiş iş yerini tərk edir və heç kim ona satqın demir. Ancaq futbolda bir qədər fərqlidi. Mənim özümə gəlincə, gələcəkdə nə olacağını bilmirəm. Çinə getməkdən başqa, bir həftə ərzində nələr olacaq onu da eyə bilmərəm”.
