“Barselona”da prezidentliyə namizəd olan Josep Maria Bartomeu “Atletiko”nun futbolçusu Arda Turanı transfer edəcəkləri iddialarına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, komandanın baş məşqçisi Luis Enrikenin türk yarımmüdafiəçini istədiyini təsdiqləyib:
“Klub nümayəndələri onunla danışıqlara başlamalıdır. Çünki Luis Enrike Ardanı istəyir. Arda Turanı transfer etsək daha yaxşı rəqabət aparan komanda olacağıq”
