“Barselona”nın baş məşqçisi Luis Enrike növbəti mövsümdə də vəzifəsində qalacaq.
Korner.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis daha bir il “Barselona”nı çalışdırmaq istəyir.
Çempionlar Liqasının 1/4 finalında “Atletiko”ya uduzduqdan sonra Enrikenin mövsümün sonunda komandadan gedəcəyi gözlənilirdi. Lakin “Barselona”nın cari mövsüm La Liqa və İspaniya kubokunu qazanmaq şansı var.
Enrike də gələn ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər “Barselona”da qalmağa qərar verib.
