Endrik mövsümün ikinci yarısını “Lion”da keçirəcək
23.12.2025 , 14:45
“Real”ın gənc hücumçusu Endrik mövsümün ikinci hissəsini Fransanın “Lion” klubunda keçirəcək.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi ilə “Lion” 19 yaşlı futbolçunun satınalma hüququ olmadan icarəyə verilməsi üzrə razılığa gəlib.
Razılaşmaya əsasən, “Lion” “Real”a 1 milyon avro ödəyəcək və Endrikin maaşının yarısını öz üzərinə götürəcək. Keçidin rəsmi müqaviləsi yaxın günlərdə imzalanacaq.