Emrelinin baş məşqçisi istefaya göndərildi
21.08.2023 , 17:39

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su baş məşqçisi İqor Bişçanla yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Zaqreb təmsilçisi 45 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyini açıqlayıb.
Bişçan aprelin 6-dan komandaya rəhbərlik edirdi.
