Emreli təlim-məşq toplanışına yollandı
03.01.2023 , 14:13

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu ilə təlim-məşq toplanışına yollanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 25 yaşlı hücumçu komandanın heyətində təlim-məşq toplanışı üçün Rovin şəhərinə gedib.
“Dinamo” yanvarın 12-də Sloveniyanın “Çelye” klubu ilə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, M.Emrelinin qışda klubu tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
