“Borussiya”nın futbolçusu Emre Mor klubdan ayrılıb.
Türkiyə millisinin futbolçusu karyerasını İspaniyada davam etdirəcək. Gənc futbolçu “Selta”ya transfer olub. 20 yaşlı vinger Viqo təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün La Liqa klubu Dortmund təmsilçisinə 13 milyon avro təzminat ödəyib.
“Borussiya” Moru ötən mövsüm Danimarkanın “Norşellann” klubundan 16 milyon avro qarşılığında transfer etmişdi.
