Dortmund “Borussiya”sı türk futbolçusu Emre Moru sata bilər.
Bu haqda Almaniyanın “Bild” nəşri məlumat yayıb. Adı “Fənərbağça” və “Hannover 96” ilə hallanan 20 yaşlı yarımmüdafiəçi üçün 20 milyon təzminat qiyməti qoyulduğu bildirilib. Konkret olaraq, dortmundluların Hannover klubundan bu qədər məbləğ tələb etdiyi iddia olunub.
Klubun bu rəqəmi yüksək hesab etdiyi və Emrenin transferindən imtina etdiyi də yazılıb.
