Emre Mor “Qalatasaray”da
02.08.2019 , 15:35

“Qalatasaray” Türkiyə millisinin futbolçusu Emre Moru heyətinə cəlb edib.
Korner.az xəbər verir ki,futbolçu “Selta” klubundan bir illik icarə əsasında “Qalatasaray”da çıxış edəcək.Bu haqda klub saytı məlumat yayıb.
Klub tərəfindən futbolçuya 725 min avro ödəniləcək.
