Emre Mor bir neçə klubun hədəfində
02.08.2024 , 13:17

“Fənərbağça”nın futbolçusu Emre Mor bir neçə klubun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Eyüpspor”la yanaşı “Konyaspor” və “Rizəspor”un da maraqlandığı bildirilir.
Lakin illik ödəniş yüksək olduğu üçün oyunçunun transferi hələlik baş tutmayıb.
Emrenin gələcəyinə qısa zamanda aydınlıq gələcəyi gözlənilir.
