Emre Can “Yuventus”da
21.06.2018 , 13:54

“Liverpul”dan ayrılan Emre Canın yeni klubu müəyyənləşib.
24 yaşlı yarımmüdafiəçi karyerasını “Yuventus”da davam etdirəcək. Bu barədə Turin klubunun rəsmi “Twitter” səhifəsi məlumat yayıb. Turinə gedən Emre Can tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, E.Canın 4 illik müqavilə imzalayacağı gözlənilir.
