“Yuventus” “Liverpul”un və Almaniya millisinin türk əsilli futbolçusu Emre Canı heyətə cəlb edəcək. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
Turinlilər Emre ilə 5 illik müqavilə imzalayacaq. Ancaq apenninlilər onu 2018-ci ilin yayında transfer edəcək. Əslində, “Yuventus” Emreni bu yay almaq niyyətində idi. Amma “Liverpul”la razılıq əldə etmək mümkün olmadı. 23 yaşlı futbolçunun “qırmızılar”la qüvvədə olan müqaviləsi gələn ilin yayında başa çatır. “Yuventus” məhz bu məqamdan yararlanmaq istəyir.
Əmrə 2014-cü ildən “Liverpul”un şərəfini qoruyur.
