Emre Can: “Onlar axmaqdır”
10.04.2019 , 16:02

“Yuventus” klubunun türk əsilli futbolçusu Emre Can son zamanlar artan irqçi çıxışlarla bağlı danışıb.
İrqçi insanları axmaq adlandıran yarımmüdafiəçi onları stadiondan uzaq tutmağı lazım bilib.
“Son zamanlar irqçilik Dünyanın hər yerində yayılıb. İnsanları din, haradan gəldikləri və ya dərisinin rənginə görə təhqir etmək olmaz. Belə düşünənlər axmaqdır və stadiona buraxılmaları düzgün deyil.”
