Emre Can: “Finala qədər irəliləmək istəyirik”
16.04.2019 , 19:36

“Yuventus” klubunun yarımmüdafiəçisi Emre Can “Ayaks” ilə oynanılacaq Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşü barədə danışıb.
Rəqibi tərifləyən türk əsilli almaniyalı futbolçu finala qədər getmək istədiklərini də sözlərinə əlavə edib.
“Ayaks” bu mövsüm Çempionlar Liqasında çox gözəl oyun sərgiləyir. Onlar son illərdə də 2 dəfə finalda məğlub olublar. Görüş hər iki komanda üçün çətin keçəcək. Öz oyunumuzu oynamağa çalışacağıq. Finala qədər irəliləyib çempion olmaq istəyirik”.
Qeyd edək ki, “Yuventus” – “Ayaks” görüşü bu gecə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
