Emre Belözoğlu hansı klubu çalışdıracaq?
08.10.2025 , 17:00
“Antalyaspor”dan ayrılan Emre Belözoğlu “Eyüpspor”un sükanı arxasına keçəcək.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.
O, bu postda Selçuk Şahini əvəzləyəcək.
Qeyd edək ki, Emre bu ilin yanvar ayında “Antalyaspor”un sükanı arxasına keçmiş, bundan əvvəl isə “Başakşehir” və “Ankarügücü”də də baş məşqçi kimi fəaliyyət göstərmişdi.