Emmanuel Aqbadu “Beşiktaş”da
06.02.2026 , 19:30
“Vulverhempton”un müdafiəçisi Emmanuel Aqbadu karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az xəbər verir ki, Fil Dişi Sahili əsilli 28 yaşlı futbolçu “Beşiktaş”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, o “canavarlar”da keçən ilin sentyabrından çıxış edirdi.
Bu mövsüm oyunçu 17 qarşılaşmada meydana çıxıb və 2 məhsuldar ötürmə edib.