Topaz Premyer Liqasının 23-cü turunda “Rəvan” doğma meydanda “Xəzər Lənkəran”ı minimal hesabla məğlub etdi – 1:0.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransında hər iki klubun baş məşqçisinin səsləndirdiyi fikirləri sizə təqdim edir.
Emin Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Oyun haqqında çox danışmayacam. Bu gün əsas heyətdə bir çox itkilərlə çıxmışdıq, oyunda bunun nəticəsini gördük”.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Oyuna fəal başladıq. Turnir cədvəlindəki mövqeyimiz bütün oyunlarda qalib gəlməyə sövq edir. Hər oyuna qələbə əzmi ilə çıxmağımız da əlavə psixoloji yükdür. Heyətdə dəyişiklik etdikdən sonra oyunda üstünlüyü ələ aldıq və qələbə qazandıq”.