Topaz Premyer Liqasının II turunda “Rəvan”ın qonağı olan “Qarabağ” 2-1 hesablı qələbə qazandı.
Korner.az-ın məlumatına görə, oyundan sonra mətbuat komfransı keçirilib.
“Rəvan”ın baş məşqçisi Emin Quliyev bunları deyib:
“Rəqib hesabı açana qədər futbolçularım yaxşı çıxış etdilər, razı qaldım. Daha sonra fiziki baxımdan problem yaşadıq. Komandanı 20 günə yığmışıq. Heyətə yeni futbolçuların cəlb olunması lazımdır. Mindauqas Kalonasın komandada qalıb-qalmayacağı dəqiq bilinmir. Artıq çəkisi olan futbolçu oynamağa hazır deyil”.