Portuqaliya çempionatında ikinci turun oyunları keçirilir.
Yığmamızın yarımmüdafiəçisi Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Riu Ave”ni qəbul edib.
Eminin adı matçın protokoluna daxil edilməyib. Həmyerlimizin yoxluğunda “Boavişta” rəqibinə 1:2 hesabı ilə yenilib.
