big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Emin Mahmudov: “Qarabağ” və “Neftçi” Rusiya çempionatında ikinci 8-likdə olar”

27.02.2019 , 15:31

Millimizin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyada kifayət qədər məşhurdur. O, “Spartak”, “Krılya Sovetov”, “Tom” və “Mordoviya”da çıxış edib. 26 yaşlı yarımmüdafiəçi Portuqaliyanın “Boavişta” klubunda legioner həyatı yaşayıb.

Emin Mahmudov news.ru-ya müsahibə verib.

– Ötən mövsümdən Azərbaycanda çıxış edirsiniz. Çempionatın səviyyəsi ilə bağlı fikirləriniz necədir?

– Çempionatın səviyyəsi Rusiya və Portuqaliyadakından geridədir, lakin çox da zəif deyil. Məsələn, biz ötən mövsüm Çempionlar Liqasında, bu mövsüm isə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”la çempionluq uğrunda mübarizə aparırıq.

– Bəs bu iki komanda ilə başqa rəqabət apara bilən klub yoxdur?

– Hesab edirəm ki, bu mövsüm əsas mübarizə bu iki komanda arasında gedəcək. Lakin bundan sonra hər oyun daha çətin keçəcək.

– Sizin fikirinizcə, çempionatda səkkiz komanda çox az deyil?

– Səkkiz komanda, əlbəttə, kifayət deyil. Manatın dəyərini itirməsi ölkə futboluna da təsir etdi. Amma düşünürəm ki, yavaş-yavaş klubların da sayı artacaq. Bölgələrdə futbolun olması vacibdir. Bölgə klubları olmadan stadionda azarkeş sayı çox olmayacaq və istedadlar üzə çıxmayacaq.

– Rusiya və Azərbaycan çempionatlarını müqayisə edə bilərsinizmi? Sizcə, “Qarabağ”la “Neftçi” Rusiya Premyer Liqasında hansı yerlər uğrunda yarışa bilər?

– “Qarabağ” və “Neftçi” ikinci səkkizlikdə olarlar. Hər hansısa oyunda güclü Premyer Liqa klubunu məğlub edə bilərik. Ancaq ümumi baxsaq, Rusiya futbolu daha güclüdür. Rusiyada pul daha çoxdur və legionerlərin də ustalıq səvviyəsi yüksəkdir.

– Statistakalar göstərir ki, bu mövsüm az oynayırsınız. Bunun səbəbi nədir?

– Bu mövsüm az oynamağımla bağlı göstərilən statistika səhvdir (gülür). Mövsüm başlayandan zədəli kapitanımız Ruslan Abışovun əvəzinə bazubəndi mən taxıram.

– Uzun müddət Rusiya Premyer Liqasında çıxış etdiniz. Rusiya üçün darıxırsınız?

– Qışda, soyuqlar düşəndə və fasilə yarananda hərdən darıxıram. Amma şaxtalı havada meydana çıxmadığım üçün də çox xoşbəxtəm (gülür).

– “Boavişta”dan ayrıldıqdan sonra Rusiyaya qayıtmaq variantınız var idi?

– “Boavişta” ilə müqaviləyə transfer pəncərəsinin bağlanmasına bir gün qalmış xitam verdim. Düşünməyə vaxt yox idi. “Neftçi” mənimlə çoxdan maraqlanırdı, ona görə də dərhal gəlməyə qərar verdim. Həmin müddət oyun təcrübəsi qazanmaq istəyirdim.

– Rusiyada köhnə komanda yoldaşlarından kimlərlə münasibət saxlayırsınız?

– Hər kəslə çox ünsiyyətdə olduğumu deyə bilmərəm. Hazırda “Rubin”də oynayan İbrahim Çallaqovla əlaqəm var. Digərləri ilə vaxt olanda münasibət qururam.

– Səhv etmirəmsə, yaxın keçmişdə bir çox Azərbaycan klubları böyük maliyyə problemləri yaşadı. Bu məsələ indi necədir?

– Ümumiyyətlə, əvvəl dediyim kimi, Azərbaycan valyutasının çökməsindən sonra futbolda böyük problemlər yaşanıb. Buna görə də klubların sayı azaldı, əsas da bölgə təmsilçilərinin.

– Yaxın gələcəkdə Premyer Liqada klubların sayının artması gözlənilir?

– Mən ümid edirəm ki, yerli futbol daha da böyüyəcək. Ancaq infrastruktur yaxşı olmadan qlobal inkişafdan danışmaq çətindir. Təəssüf ki, “Qəbələ”dən başqa akademiyasına regionlardan uşaq götürəcək klub yoxdur. Hesab edirəm ki, Azərbaycan futbolunun əsas problemi budur.

– Azərbaycan milli komandası ilə bağlı məsələyə toxunmasam, olmaz. AÇ-2020-nin seçmə mərhələsi barədə fikirləriniz necədir?

– Qrupun çox çətin olduğu aydındır. Fikrimcə, başqa komandalarla da düşsəydik, təəssüf ki, favorit olmayacaqdıq. Yalnız hər oyunda mübarizə aparmaq, xal qazanmaq və turnir cədvəlində yuxarı yerlərə qalxmaq lazımdır. Mən başqa yol görmürəm.

Son yazılar

To Top