Emin Mahmudov: “Qələbə qazandığımız üçün xoşbəxtik”
31.03.2019 , 12:25

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov “Keşlə” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
Qələbə qolunun müəllifi olan təcrübəli futbolçu qalib gəldikləri üçün özünü xoşbəxt hiss etdiyini deyib:
“Çox ağır oyun oldu. Ümumiyyətlə, “Keşlə”yə qarşı oynamaq çətindir. Asan rəqib deyil. Azərbaycan çempionatında bütün görüşlər bizim üçün çətin keçir. Bugünkü matç da istisna olmadı. Bununla belə, qələbə qazandığımız üçün xoşbəxtik. Bu çox vacib 3 xal oldu. Qol vurduğum üçün şadam, amma əsas odur ki, komandamız qalib gəldi”.
Qeyd edək ki, “Neftçi” “Keşlə”ni Emin Mahmudovun vurduğu penalti qolu ilə 1:0 hesabı ilə məğlub edib.
