Portuqaliya Premyer Liqasında mövsümün sonuncu – 34-cü turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, milli komandamızın üzvü Emin Mahmudovun çıxış etdiyi “Boavişta” doğma meydanda çempionluğu təmin edən “Benfika”nı qəbul edib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Emin Mahmudov oyunu ehtiyat oyunçular skamyasından izləyib.
