Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Emin Mahmudov Azərbaycan millisində çıxış edəcəyi barədə xəbərləri təkzib edib. Bu barədə 22 yaşlı yarımmüdafiəçi klubun rəsmi televiziyasına müsahibəsində bildirib.
Korner.az-ın məlumatına görə, Mahmudov hazırda əsas diqqətini Samara komandasında möhkəmlənməyə yönəltdiyini vurğulayıb.
Qeyd edək ki, “Krılya Sovetov” Emin Mahmudovun transfer hüququnu yanvarın 31-də Moskva “Spartak”ından alıb. Onun Azərbaycan millisinə cəlb olunmasının mümkünlüyü barədə açıqlamanı AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
