Azərbaycan millisinin sabiq üzvü Emin Ağayev “Səbail”də çalışa bilər
45 yaşlı mütəxəssis “Səbail”in baş məşqçisi Aftandil Hacıyevin köməkçisi ola bilər. Klubun mətbuat xidmətindən E.Ağayevlə danışıqlar apardıqlarını təsdiqləyiblər. “Amma təyinat hələ rəsmiləşməyib” – deyə mətbuat xidmətinin rəhbəri Törə Əhmədova bildirib.
Qeyd edək ki, 1994 – 2005-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyan E.Ağayev məşqçi kimi Rusiyanın “Dağdizel”, Tver “Volqa”sı və “Ximki”də çalışıb.