Emilin komandasından qələbə
24.08.2019 , 21:46
Qazaxıstan çempionatında 24-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayev “Tobol”da növbəti oyununa çıxıb.
Klub doğma meydanında “Atırau” ilə qarşılaşıb. Emilin komandası bu oyunda qalib gəlib – 2:0.
Balayev bu görüşdə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.