Emil yenə qapısından top keçirtmədi
28.09.2019 , 19:47

Qazaxıstan çempionatında XXVIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” da növbəti oyununa çıxıb. Komanda doğma meydanda “Jetısu” ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə bitib – 0:0.
Emil yenə 90 dəqiqə meydanda olub.
Bu nəticə ilə xalını 59-a çatdıran “Tobol” 1-ci pillədə qərarlaşıb.
