“Emil ilə rəqabət aparmaq çətindi” – Şahruddin
13.11.2020 , 23:21

UEFA Millətlər Liqasının qrup mərhələsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandanın qapıçısı Şahruddin Məhəmmədəliy fikirlərini bildirib.
Korner.az xəbər verir ki, o, yığmanın digər qolkiperi Emil Balayevlə rəqabət aparmağın çətin olduğunu söyləyib:
“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindi. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.
