Emil Balayevli “Tobol”dan qələbə
20.02.2019 , 11:17

Millimizin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu Türkiyənin Antalya şəhərində növbəti yoxlama görüşünü keçirib.
Rusiyanın “Rubin” klubu ilə qarşılaşan “Tobol” 1:0 hesablı qələbə qazanıb.
Emil Balayev 90 dəqiqə meydanda olub.
