Emil Balayevin yeni klubu məlum oldu
04.03.2022 , 16:10

Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstanın təmsilçisi “Turan”a transferi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qolkiperlə müqavilənin detalları açıqlanmayıb. Balayev yeni klubunda 22 nömrəli forma ilə çıxış edəcək.
Emil Balayev son olaraq “Qarabağ”da çıxış edib.
