Almaniya Bundes Liqasında 3-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, bu turda Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Ayntraxt” səfərdə “Ştutqart”la üz-üzə gəlib.
Qarşılaşmada həmyerlimizin komandası rəqibini darmadağın edib. Emil Balayevin iştirak etmədiyi oyun Frankfurt təmsilçisinin 4 – 1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 3 turdan sonra “Ayntraxt” aktivindəki 4 xalla 8-ci pillədə yer alıb.
