Futbol

Emil Balayevin yeni klubu müəyyənləşdi

03.03.2020 , 15:52

Emil Balayevin yeni klubu müəyyənləşib.

Korner.az-ın məlumatına görə, Azərbaycan millisinin əsas qapıçısı “Zirə” ilə müqavilə imzalayıb.

Qazaxıstanın “Tobol” klubundan ayrıldıqdan sonra 26 yaşlı qapıçı bir müddət komandasız qaldı. Qapıçının menecerinin səriştəsiz işi ölkə xaricində karyera qurmaq istəyən Emilin komandasız qalmasına səbəb oldu.

Balayev “Zirə” ilə 3 aylıq anlaşıb. Yayda qapıçı yenidən xaricdə seçim axtaracaq.

Əlavə edək ki, “Zirə” nin qapıçı xətti ilə bağlı ciddi problemləri var. Son üç turda “qartallar”ın qapısını qoruyan Orxan Sadıqlı 12 qol buraxıb (Football24.az).

Son yazılar

Yuxarı