Futbol

Emil Balayev “Tobol”dan ayrıldı – RƏSMİ

31.01.2020 , 20:55

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.

Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Qeyd edək ki, erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Emilin “Tobol”dan ayrılacağı haqda xəbərlər gündəmdə idi.

Son yazılar

Yuxarı