Emil Balayev “Tobol”da debüt etdi
06.02.2019 , 14:25

Millimizin üzvü Emil Balayevin formasını geyindiyi Qazaxıstanın “Tobol” klubu bu gün Türkiyənin Antalya şəhərində növbəti yoxlama görüşünə çıxıb.
Premyer Liqa təmsilçisi Cənubi Koreyanın “Daejeon” klubu ilə qarşılaşıb.
Emil Balayev oyuna start heyətdə başlayıb. Cənubi koreyalılar Emilin qoruduğu qapıdan bir top keçiriblər. Oyun “Tobol”un 0:1 hesbalı məğlubiyyətiylə yekunlaşıb.
