Emil Balayev rəsmən “Tobol”da
30.01.2019 , 10:00

Millimizin və “Səbail”in qapıçısı Emil Balayevin Qazaxıstanın “Tobol” klubuna keçidi rəsmiləşib.
Bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı qolkiper ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Emil Balayev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Qarabağ” və Almaniyanın “Ayntraxt” komandalarının da formasını geyinib.
