Emil Balayev Qazaxıstanda 5-ci oldu
24.10.2019 , 15:03

“Tobol”da forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev Qazaxıstanda yeni uğura imza atıb.
Balayevin bu mövsüm Qazaxıstan çempionatında “quru” seriyası 736 dəqiqə olub. Bu barədə “Tobol”un rəsmi saytı məlumat yayıb.
Balayev bu göstərici ilə Qazaxıstan çempionatları tarixində ən uzun “quru” oyun seriyasına malik olan 5-ci qapıçı olub.
Ən uzun seriya “Kayrat”ın keçmiş qapıçısı Sergey Boyçenkoya aiddi. Boyçenko 921 dəqiqə qapısını toxunulmaz saxlayıb.
Emil Balayev bu ilin yanvarında “Səbail”dən “Tobol”a keçib.
