Emil Balayev “Qarabağ”da
24.06.2020 , 18:34

“Zirə”nin futbolçusu Emil Balayevin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, 26 yaşlı qolkiper yeni mövsümdən “Qarabağ”da çıxış edəcək. “Transfermarkt”da Balayevin Ağdam təmsilçisinə keçdiyi qeyd edilib.
Azərbaycan millisinin üzvü qış fasiləsində Qazaxıstanın “Tobol” klubundan ayrıldıqdan sonra “Zirə”yə keçmişdi. Onun “qartallar”la sözləşməsi iyunun 30-na qədərdir.
