Emil Balayev “Panatinaikos”un hədəfində
16.03.2020 , 18:35

Azərbaycan millisinin və “Zirə”nin qapıçısı Emil Balayev yeni mövsümdən karyerasını Yunanıstanda davam etdirə bilər.
Korner.az “Newspao.gr” saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı “Panatinaikos”un transfer siyahısındadı.
Afina klubu bir neçə qolkiperlə maraqlanır ki, onların arasında Emil də var.
Xatırladaq ki, Emil Balayevin “Zirə” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
