Milli komandamızın qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Ayntraxt” yoxlama matçı keçirib.
Korner.az-ın məlumatına görə, Frankfurt təmsilçisi 3-cü liqada çıxış edən “Darmştad”la qarşılaşıb. Beş qolun vurulduğu oyunda “Ayntraxt” qələbə qazanıb – 4:1.
Emil Balayev bu matçda start heyətində meydana çıxıb və 90 dəqiqə əvəzlənmədən meydanda olub.
