Emil Balayev milliyə dəvət aldı
13.03.2019 , 10:29

Qazaxıstan Premyer Liqasında çıxış edən “Tobol” klubunun qapıçısı Emil Balayev milli komandamıza dəvət alıb.
Bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı qolkiper millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.
Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra Bakıda Litva ilə yoxlama matçı keçirəcək.
