Emil Balayev: “Bu bizə çətinlik yarada bilər”
26.03.2021 , 22:43

Azərbaycan millisinin qapıçısı Emil Balayev DÇ-2022-nin seçmə mərhələsində müsabiqədənkənar formada iştirak edən Qətər yığması ilə qarşılaşmadan öncə fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, qolkiper oynöncəsi mətbuat konfransında bunları söyləyib:
“Çətin bir komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktii cəhətdən yaxşı komandadır. Xeyli müddətdi eyni məşqçinin rəhbərliyi altında çıxış edirlər. Portuqaliya ilə müqayisədə Qətər millisinin oyun üslubu haqda az informasiyaya malikik. Bu da oyun ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.
