Bir neçə gündür Almaniyanın “Ayntraxt” klubunun heyətində baxışda olan “Neftçi”nin qapıçısı Emil Balayev “ağ-qaralar”ın saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə, gənc qolkiper karyerasını Almaniyada davam etdirəcəyinə inandığını söyləyib.
“Artıq 10 gündür ki, “Ayntraxt”ın düşərgəsində baxışdayam. Məşqlər yüksək səviyyədə keçir. Burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək “Ayntraxt”ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra “Neftçi”nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəm və karyeramı Bundesliqada davam etdirəcəm”, – deyə Balayev bildirib.
Emilin “Ayntraxt”ın düşərgəsindəki məşqindən video görüntüləri təqdim edirik:
