Neftçi PFK-nın və milli komandanın qapıçısı Emil Balayev Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzalayıb.
Korner.az “Neftçi” futbol klubunun saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən komandanın şərəfini qoruyacaq. Gənc qapıçı dekabrın 14-ü “Neftçi” – “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. Emil Balayevin keçidi ilə bağlı mətbuat konfransı “Bakcell Arena”nın mətbuat zalında təşkil olunacaq və saat 15-30-da başlayacaq.
