Emeri ilə bağlı intizam işi açıldı
29.12.2018 , 16:20

İngiltərə Futbol Federasiyası “Arsenal”ın baş məşqçisi Unay Emeri barədə intizam işi açıb.
Buna onun İngiltərə Premyer Liqasının 19-cu turunda “Brayton”la heç-heçədən (1:1) sonra su qabını təpiklə azarkeşə vurması səbəb olub. İspan mütəxəssis yanvarın 2-ə kimi özünü müdafiə edə biləcək.
Qeyd edək ki,U.Emeri baş verən hadisədən sonra azarkeşdən üzr istəmişdi. O, bu hərəkəti qəsdən etmədiyini deyib.
Xatırladaq ki, U.Emerinin 1 oyunluq cəzalanacağı gözlənilir.
