Emeqara dubl etdi
18.08.2019 , 16:54

“Qarabağ”ın sabiq futbolçusu İnnosent Emeqara Türkiyə birinci liqasındakı debüt matçında uğurlu oyunu ilə fərqlənib.
Korner.az xəbər verir ki, onun komandası “Karagümrük” öz meydanında “Bursaspor”u qəbul edib. 3:1 hesabı ilə yekunlaşan görüşdə Emeqara 2 qol vuraraq komandasına qələbə qazandırıb.
