Dünən keçirilən “Fənərbağça” – “Beşiktaş” derbisində maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, iki dəfə real qol imkanını əldən qaçırdan Emenike azarkeşlər tərəfindən fitə basılıb. Bundan hiddətlənən nigeriyalı forvard “Fənər” formasını əynindən çıxardaraq meydanı tərk edib. Klubun məşqçi heyətinin təkidindən sonra Emenike yenidən meydana daxil olaraq oynamağa davam edib.
Buna baxmayaraq yerli azarkeşlər öz futbolçusunu daha da kəskin şəkildə fitə basıblar.
